00:00:00
Yazar
Admin User
15.08.2025 17:01 178 1 dəq oxuma
Mədəniyyət

Sözlə Yaşayan Ömür

Sözlə Yaşayan Ömür

1925-ci ilin avqustunda Şəkinin saf havasında dünyaya gələn Bəxtiyar Vahabzadə, ömrünü iki böyük sevgiyə həsr edib Vətənə və sözə.

 

Uşaqlıq illərindən ədəbiyyata marağı onu Bakıya gətirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, illər sonra isə həmin universitetin professoru kimi yüzlərlə tələbənin həyatına yön verib. Onun dərslərində yalnız ədəbiyyat deyil, milli ruh da öyrədilirdi. Bəxtiyar Vahabzadə poeziyada yalnız lirik duyğuların deyil, həm də vətəndaş mövqeyinin şairi idi. “Gülüstan” poemasında parçalanmış Azərbaycanın həsrəti, “Ana dili”ndə milli kimliyə sədaqət, “Vicdan”da isə azadlıq sevgisi dillənib. Sovet senzurası onun sözünü boğmaq istəsə də, o, həqiqəti deməkdən vaz keçməyib. 1990-cı illərdə siyasi proseslərdə fəal iştirak etdi, üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul olunmasında mühüm rol oynadı.

 

Şairin həyatı boyu dediyi bir həqiqət var idi: xalq azaddırsa, şair də azaddır.

 

2009-cu ildə dünyasını dəyişib. Ancaq onun səsi, sözü və ruhu hələ də yaşayır, çünki o, özü deyib: "Vətən mənimdir, mən Vətənin".

 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər