00:00:00
Yazar
Səadət Əlizadə
23.04.2026 20:25 30 2 dəq oxuma
Sosial

Səs-küylü qonşular problemi: hüquqi məsuliyyət və vətəndaş narazılığı

Çoxmənzilli binalarda, xüsusilə gecə saatlarında yaranan səs-küy sakinlərin narazılığına səbəb olur və qanunvericiliyə əsasən cərimə ilə nəticələnir.
Səs-küylü qonşular problemi: hüquqi məsuliyyət və vətəndaş narazılığı

Qonşular arasında yaranan əsas mübahisələrdən biri, adətən, səs-küylə bağlı olur. Bu cür hallara daha çox çoxmənzilli yaşayış binalarında rast gəlinir. Xüsusilə, gecə saatlarında yüksək səslə musiqi dinlənilməsi və ya təmir işlərinin aparılması sakinlərin narazılığına səbəb olur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Zibeydə Sadıqova bildirib ki, məişət səs-küyünə qarşı mübarizə İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir:

 

“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər 150-200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000-2500manatadək məbləğdə cərimə edilir.

 Əgər binalarda və ya həyət evlərində gecə saatlarında səs-küy eşidilirsə və bu kənar şəxsləri narahat edirsə, dərhal polisə müraciət etmək olar. Əlavə sübut toplamaq düzgün olar. Məsələn, qonşuya xəbərdarlıq və ya komendanta məlumatın verilməsi, səs-küyün video ilə yazılması və s. 

Əgər səs-küy mütəmadi hal alırsa və bu problem həll edilmirsə, vətəndaş dəyən zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə mülki qaydada müraciət edə bilər. Lakin bu mərhələyə qədər ilkin tədbir polisə məlumat verilməsi və inzibati xəta protokolunun tərtib edilməsidir”.

 

Məsələ ilə bağlı sakin Rüstəm Əliyev bildirib ki, gündəlik həyatda onsuz da maşınların və digər nəqliyyat vasitələrinin yaratdığı səs-küy insan beynini yorur:


“İnsanlar evə gəlib istirahət etmək istədikdə isə təəssüf ki, qonşuların yaratdığı səs-küy əlavə narazılığa səbəb olur. Bu kimi hallarda birbaşa müraciət etməyin hər zaman düzgün olmadığı qeyd edilir. Axı, qonşuluq münasibətləri xüsusi həssaslıq tələb edir. Təsadüfi deyil ki, atalar sözündə də deyilir: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Buna görə də bildirildiyinə görə, belə vəziyyətlərdə söz deyərkən inciklik və küskünlüyə yol verməmək üçün daha diqqətli və nəzakətli davranmaq vacibdir”.

 

Əlavə olaraq, səs-küylərdən şikayət edən Aydan Yunusova bildirib ki, yorğun gəldiyi zaman dincəlmək istədikdə səs-küy mənə ona maneə olur:

 

“İstirahətini pozur və yaxud dərs oxuduğu zaman ətrafdan gələn səs-küy fikrini toplamağa imkan vermir. Qonşulara müraciət etdiyikləri anlarda olub, amma çox sıx şəkildə etmir, nəticədə eyni hal olaraq qalır”.

 

Səadət Əlizadə

 

 

#narazılığı #xəbər #qonşular #səs-küylü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər