00:00:00
Yazar
Admin User
15.10.2025 17:51 122 1 dəq oxuma
Mədəniyyət

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş etdirilib

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş etdirilib

 

Yazıçı Cavid Zeynallının eyni adlı əsəri əsasında hazırlanmış “Şükriyyə” tamaşası Gürcüstanın Şota Rustaveli adına Milli Dram Teatrının böyük səhnəsində tamaşaçılara təqdim olunub.

 

Mövzu ilə bağlı mədəniyyətşünas, jurnalist Məmməd Kərimli “İnformator.az”a bildirib ki,bu cür tamaşaların göstərilməsi,həmçinin Gürcüstanda göstərilməsi xalqlar arasında mədəniyyətlərin öyrənilməsi baxımdan olduqca mühümdür:

 

“Tamaşaların xaricdə nümayişi aktyor və rejissorlar üçün imkan yaradır ki,onlar yaradıcı potensiallarını daha da artırırlar,başqa ölkənin mədəniyyəti ilə tanış olurlar,mədəniyyətlərini oynuyurlar,öyrənmiş olurlar. Bu baxımdan çox önəmlidir. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan dostluğunu daha da gücləndirir.

Tamaşanın ideyası ondan yaranıb ki,gürcü xalqının Azərbaycan teatrına olan marağına töhfə verdi.
Və əlaqələrin inkişafı baxımından,həm də mədəniyyətlərin daha dərindən öyrənilməsi baxımından bu cür tamaşaların göstərilməsi,qarşılıqlı olaraq ölkələrin bir-birinin mədəniyyətini öyrənmiş olur,həm də əlaqələr daha da inkişaf edir”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər