00:00:00
Yazar
Admin User
21.11.2025 19:07 163 1 dəq oxuma
Maraqlı

"Süni intellekt prosesi ilə bu günlərdə bir çox cihazlar insanları analiz edə bilir"

"Süni intellekt prosesi ilə bu günlərdə bir çox cihazlar insanları analiz edə bilir"

Gələcəyin texnologiyası yuxularımızı yalnız izləməklə qalmayıb, onları dəyişdirmək və formalaşdırmaq imkanına malik olacaq. Süni intellekt insanların yuxularını oxuya, idarə edə və onlara yön verə bilər. Bu texnologiya yaradıcılığı artıracaqmı, yoxsa insan şüuruna müdaxilə edərək onu dəyişdirəcək?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, məsələ burasındadır ki, süni intellekt prosesi ilə bu günlərdə bir çox cihazlar insanları analiz edə bilir:

 

"Məsələn: artıq həkimləri istifadə etdiyi bəzi cihazlar var ki, onlar insanların yuxularını analiz edirlər, əsəb sistemini müayinə edirlər. Bunlar süni intellekt dəstəklidir. Süni intellekt əslində iş insanlarının, həkimlərin, psixoloqların işini asanlaşdırır. Çünki süni intellekt birbaşa göstəricilər verir. Birbaşa yuxu pozuntusunun səbəbləri nələrdir, bunun kökündə hansı səbəblər durur. Ümumiyyətlə süni intellekt istənilən halda- tibb sahəsi, texnologiya hər birində insanların işini asanlaşdırır. Süni intellektin yeganə mənfi yanı ondan ibarətdir ki, işsizliyin sayını artıracaq. İnsanlar bu günlərdə elə işlər var ki, onları süni intellektlə həll edir və bu birbaşa işsizliyin artmasına səbəb ola bilər".

 

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər