00:00:00
Yazar
Admin User
10.12.2025 15:14 93 2 dəq oxuma
Sosial

“Süni intellekt təhsildə də vacib rol oyanır”

“Süni intellekt təhsildə də vacib rol oyanır”

 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli “Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçirilən beynəlxalq konfransda ölkədə rəqəmsal təhsilin sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, hazırda 600 mindən çox şagird ikinci sinifdən etibarən rəqəmsal bacarıqları mənimsəyir, 300 min şagird isə məktəblərdə layihə əsaslı fəaliyyətə qoşulub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, şagirdlərin rəqəmsal bacarıqlara malik olması müəyyən mənada onların ailədə erkən yaşlardan mobil tətbiqlərdən və müxtəlif kompüter avadanlıqlarından istifadə etməsi ilə bağlıdır:

 

“Uşaqlar məktəbə gələnədək artıq planşet, mobil telefon və digər qurğulardan istifadə təcrübəsi əldə edir və buna görə də bu nəsil rəqəmsal mühitə daha sürətli uyğunlaşır. Orta məktəblərdə İT kabinetlərinin sayı isə hər bir şagirdin fərdi şəkildə inkişafına tam cavab vermir. Bununla yanaşı, maddi-texniki bazası yüksək səviyyədə olan məktəblərimiz də mövcuddur. Amma bu rəqəmsal bacarıqlar günümüzün reallığıdır və süni intellekt də bunun içərisinə qatıldığı zaman gələcəyin ixtisaslarında da mütləq bu bacarıqlar tələb olunacaq. Ölkədə bununla əlaqəli qeyd etdiyim kimi, maddi texniki baza, internet, internetin sürəti və rəqəmsallaşma səviyyəsi, dövlətin rəqəmsal xidmətlərin sayı hər gün artmaqdadır və yeni nəsil də bunlardan daha effektiv istifadə edir. Bu bacarıqlar müxtəlif layihələrlə müxtəlif proqramlarla da artırıla bilər. Bununla əlaqəli qeyri-dövlət təşkilatları, ictimai təşkilatlar məktəblərə dəstək verməlidir. Rəqəmsal bacarıqla artırılması ilə əlaqəli, kibertəhlükəsizliklə əlaqəli müxtəlif təlimlər keçirilə bilər “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər