00:00:00
Yazar
Admin User
05.12.2025 19:43 114 2 dəq oxuma
Sosial

Sürətli və rahat xidmət mərkəzləri

Sürətli və rahat xidmət mərkəzləri

Azərbaycanda vətəndaşlara dövlət xidmətlərini operativ və şəffaf şəkildə təqdim edən ASAN Service mərkəzləri ölkədə sosial xidmət sahəsində mühüm yenilik hesab olunur. Mərkəzlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, rüşvətsiz və sürətli xidmət göstərməkdir.

 

ASAN Service mərkəzlərində vətəndaşlar müxtəlif xidmətlərdən yararlana bilirlər: şəxsiyyət vəsiqələrinin, pasportların və qeydiyyat sənədlərinin verilməsi, dövlət orqanları ilə əlaqəli müraciətlərin qəbulu, sosial yardımlar və digər xidmətlər burada operativ şəkildə təqdim olunur. Hər gün yüzlərlə insan ASAN Service-ə gələrək həm vaxtına, həm də enerjisinə qənaət edir.

 

Vətəndaşlar qeyd edirlər ki, mərkəzdə işin sürətli və səmərəli təşkil olunması, gülərüz işçi heyəti və rahat şərait xidmətin keyfiyyətini artırır. Eyni zamanda, mərkəzlərdə elektron növbə sistemi və informasiya panelləri vasitəsilə vətəndaşların məmnuniyyəti təmin edilir.

 

ASAN Service modeli təkcə Azərbaycanda deyil, digər ölkələrdə də nümunə olaraq göstərilir. Bu mərkəzlər dövlət xidmətlərinin sadələşdirilməsi və vətəndaşların rahatlığı baxımından əvəzsiz sosial layihə hesab olunur.

 

İnformator.az”a danışan vətəndaş Nazilə Məmmədova bildirib ki, ASAN Service-ə gələndə həqiqətən rahatlıq hiss edir:

 

“Əvvəllər sənəd işləri çox vaxt aparırdı, amma burada hər şey sürətli və aydındır. İşçilər də çox mehribandır və hər sualımı sakitcə cavablandırdılar”.

 

İnformator.az”a danışan vətəndaş İradə Orucova bildirib ki, elektron növbə sistemi onun işini xeyli asanlaşdırıb:

 

“Belə mərkəzlər olmasa, dövlət xidmətləri almaq çox çətin olardı. Əvvəllər sənəd almaq üçün müxtəlif yerlərə getmək lazım idi və çox vaxt itirirdik”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər