“Süsən” kəlağayı brendi mediaturda təqdim olunub
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub. Mediatur zamanı jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə məlumat verilib.
Eyni zamanda, Sevinc xanım vurğulayıb ki, son bir ildə azı 16 ölkədə çəkiliş aparılıb. Və onlardan 14-ü müsəlman ölkəsidir. Müəssəyə ən çox sifariş İngiltərədən gəlir.
Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.
Lalə Qafarova
