Sabah hava bu insanlar üçün əlverişli olacaq
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, martın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.