00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
01.09.2026 22:51 112 1 dəq oxuma
Maraqlı

Sadə qəhvə ürək sağlamlığını qoruya bilərmi?

Sadə qəhvə ürək sağlamlığını qoruya bilərmi?

Amerika Ürək Assosiasiyasının jurnalında yayımlanan son araşdırma göstərir ki, sadə qəhvə ürək sağlamlığı üçün müxtəlif faydalara malik ola bilər.

 

ABŞ-li tədqiqatçılar şəkər, dadlandırıcı və ya süd əlavə edilmədən içilən qəhvənin 2-ci tip diabet, ürək xəstəlikləri, insult, ürək çatışmazlığı və ürək ritminin pozulması riskinin daha aşağı olması ilə əlaqəli olduğunu müəyyən ediblər.Qəhvənin qoruyucu təsirinin qəhvə dənələrində olan polifenol adlanan iltihab əleyhinə birləşmələrdən qaynaqlandığı düşünülür.

 

Antioksidantlarla zəngin olan bu birləşmələr ətraf mühitdəki zərərli maddələrin təsirlərinə qarşı qoruma təmin edir, damarların fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla ciddi xəstəliklərin əsas səbəblərindən biri sayılan iltihabı azaldır.

 

Tədqiqatçıların fikrincə, kofein də oxşar faydalar verə bilər, lakin onun təsirləri insandan-insana daha çox dəyişir. Bununla belə, yüksək dozada kofein ürəyi həddindən artıq stimullaşdıraraq qan təzyiqinin qəfil yüksəlməsinə, ürək ritminin pozulmasına və hətta sağlam yetkin insanlarda ürək dayanmasına səbəb ola bilər.

Haber Türk

Səkinəbəyim Cəfərova 

#qəhvə #qoruya #xəbər #bilərmi?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər