00:00:00
Yazar
Admin User
06.03.2018 10:38 1417 1 dəq oxuma
Mədəniyyət

Şagirdlərlə beynəlxalq uşaq hüquqları mövzusunda görüş

şagirdlərlə beynəlxalq uşaq hüquqları mövzulu görüşü
Şagirdlərlə beynəlxalq uşaq hüquqları mövzusunda görüş

Bakı Dövlət Universiteti ‌Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Salamov Əliağa Vahid adına Masazır 1 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri ilə görüşüb.

Günay Məmmədəliyevanın tədris etdiyi Ədəbiyyat dərsinə qonaq olmuş magistrant məktəblilərlə beynəlxalq uşaq hüquqları, onun mahiyyəti, uşaqların mediada təmsili və iştirakı, uşaq hüquqlarının qorunmasında mənfi və müsbət cəhətlərlə bağlı təqdimatla çıxış edib.
Görüş əsnasında şagirdlər dərsləri ilə əlaqəli olaraq, oxuduqları əsərlərdə uşaq obrazları və onların hüquqları ilə bağlı müstəqil fikir və mülahizələrini bildiriblər. Onlar, əsasən, Mir Cəlal Paşayevin "Bir gəncin manifesti"ndən hissələri təhlil ediblər və bu mövzuda müzakirələr aparılıb. Şagirdlər "Beynəlxalq uşaq hüquqları" mövzulu radiopaket də dinləyiblər.
Daha sonra N.Salamov şagirdlərin bədii əsərlərdə uşaq hüquqları ilə bağlı məsələlərdən yazdıqları inşaları toplayıb.

Qeyd edək ki, məktəblilərin inşaları BDU Jurnalistika fakültəsinin qəzeti olan "Jurnalist"də dəyərləndiriləcək və dərc olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər