00:00:00
Yazar
Elmira Ağayeva
07.08.2026 22:32 26 2 dəq oxuma
Maraqlı

Sağlamlıq göstəricilərini izləyə bilən ağıllı üzük hazırlayıblar

Sağlamlıq göstəricilərini izləyə bilən ağıllı üzük hazırlayıblar

 

Kaliforniya Universitetinin alimləri barmaq tərini analiz edərək sağlamlıq göstəricilərini izləyə bilən ağıllı üzük hazırlayıblar. Geyilə bilən texnologiyalar sahəsində insan sağlamlığının izlənilməsinə yeni istiqamət verən vacib elmi yenilik təqdim olunub. San Diyeqo Kaliforniya Universitetinin alimləri barmaq tərini analiz edərək orqanizmin kimyəvi göstəricilərini real vaxt rejimində izləyə bilən ağıllı üzük prototipi hazırlayıblar. Nüfuzlu "Nature Communications" jurnalında dərc olunan bu araşdırma geyilə bilən cihazların imkanlarını yeni səviyyəyə qaldırır.


​Mövcud cihazlar daha çox nəbz, qandakı oksigen səviyyəsi və yuxu rejimi kimi biofiziki göstəriciləri ölçür. Yeni işlənib hazırlanmış CHARM modullu ağıllı üzük isə birbaşa orqanizmin daxili kimyasını nəzarətdə saxlayan fərqli sistem təklif edir. Bu texnologiya ənənəvi cihazların imkanlarını keçərək molekulyar səviyyədə daimi nəzarətin mümkünlüyünü göstərir.
​Qurğu qan analizinə və ya iynə vurdurmağa ehtiyac olmadan fəaliyyət göstərir. Cihaz xüsusi hidrogel vasitəsilə dəri səthindən çox az miqdarda tər toplayır. Üzüyün işləməsi üçün istifadəçinin idman etməsi və ya xüsusi olaraq tərləməsi tələb olunmur. Əldə olunan tər damlaları mikrosensorlar tərəfindən emal edilir və toplanan məlumatlar birbaşa mobil tətbiqə ötürülür. Sistem ümumilikdə altı müxtəlif biyokimyasal göstəricini təyin etmək qabiliyyətinə malikdir: qlükoza, ketonlar, laktat (süd turşusu), sidik turşusu, C vitamini və alkoqol.
Ağıllı üzük qeyd olunan göstəricilərdən eyni anda dördünü kəsilməz şəkildə izləyə bilir.

​Alimlər hazırlanan prototipin gələcəkdə tibbi diaqnostika prosesini xeyli sadələşdirəcəyini bildirirlər. İnsanlar gündəlik həyat ritmini pozmadan və heç bir fiziki narahatlıq hiss etmədən sağlamlıq vəziyyətlərini smartfon vasitəsilə rahat şəkildə izləmək imkanı əldə edəcəklər.


Samirə Allahverdizadə

#Ağıllıüzük #sağlamlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər