00:00:00
Yazar
Elmira Ağayeva
19.08.2026 22:55 14 1 dəq oxuma
Maraqlı

Şahzadə Diananın qardaşı bacısının həyatından bəhs edən kitab yazıb

Şahzadə Diananın qardaşı bacısının həyatından bəhs edən kitab yazıb

Şahzadə Diananın həyatına dair yeni kitab hazırlanır. Onun qardaşı Çarlz Spenser bacısının həyatından bəhs edən “Son nəğmə: Diana, mənim bacım” adlı əsərini gələn ay Böyük Britaniyada oxuculara təqdim etməyə hazırlaşır.

Kitabın Diananın vəfatından təxminən 30 il sonra nəşr olunması onun həyatına və şəxsiyyətinə yenidən marağı artırıb. Çarlz Spenser əsərdə bacısını yalnız şahzadə kimi deyil, sevgi və xarizması ilə seçilən, eyni zamanda özünə şübhələri olan, dinamik və fərqli bir şəxsiyyət kimi təqdim etmək istədiyini bildirib.

Onun sözlərinə görə, Diananın ölümünün 30-cu ildönümü yaxınlaşdıqca bacısı ilə bağlı müsahibə təkliflərinin artması xatirələrini yazıya almaq qərarını sürətləndirib. Spenser illər ərzində Diana haqqında həqiqətə uyğun olmayan bəzi fikirlərin geniş yayılaraq reallıq kimi qəbul edildiyini düşünür. O, kitab vasitəsilə bacısının həyatına öz xatirələri və müşahidələri əsasında daha real baxış təqdim etməyə çalışacaq.

Çarlz Spenser 1997-ci ildə Vestminster Abbatlığında keçirilən dəfn mərasimində Diana ilə bağlı vida nitqi söyləyən şəxs kimi də yadda qalıb.

Xatırladaq ki, Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzası nəticəsində 36 yaşında həyatını itirib. Onun oğulları, Şahzadə Uilyam və Şahzadə Harri həmin vaxt 15 və 12 yaşlarında olublar. Diana bu il 65 yaşını qeyd edəcəkdi.

Nuray Əliyeva

#xəbər #həyatından #yazıb #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər