Şahzadə Harri Kral Çarlzın tacqoyma mərasimində iştirak edəcək
Harri atası Kral Çarlz üçün təşkil edilən mərasimdə qonaqlar arasında olacağını açıqlayıb.
İnformator.az xarici mediaya əsasən bildirir ki, Harrinin həyat yoldaşı Meqan Markl İngiltərəyə qayıtmamaq qərarına gəlib.
Britaniya kral ailəsini tərk edərək ABŞ-da məskunlaşan şahzadə Harrinin Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib-etməyəcəyi maraq doğururdu.
Bukingem Sarayı həyat yoldaşı Meqan Markl ilə Kaliforniyada yaşayan Harrinin vəziyyəti ilə bağlı açıqlama verib. Harrinin mərasimə qatılacağı, amma həyat yoldaşı Meqanın övladları ilə birlikdə Kaliforniyada qalacağı bildirilib.
Qeyd edək ki, Kral Çarlzın tac qoyma mərasimi mayın 6-da keçiriləcək.
Nəzrin Məşədiyeva
