00:00:00
Yazar
Admin User
11.05.2023 17:46 265 1 dəq oxuma
Dünya

Sanna Marin həyat yoldaşından boşanır

Sanna Marin həyat yoldaşından boşanır

Finlandiyanın baş naziri Sanna Marin həyat yoldaşından boşanır.

 

İnformator.az CNN World-ə istinadən xəbər verir ki, çərşənbə günü Finlandiyanın baş naziri Sanna Marin instagram səhifəsində 19 illik həyat yoldaşı Markus Rəykkönenlə boşanmağa qərar verdiklərini açıqlayıb.


“Boşanmaq üçün məhkəməyə müraciət etmişik. Biz birlikdə keçirdiyimiz 19 il və sevimli qızımıza minnətdarıq”, - Marin instaqram hekayəsində yazıb. “Biz hələ də yaxşı dost, mehriban valideynlərik. Bir-birimizlə ailə olaraq vaxt keçirməyə davam edəcəyik", -deyə o əlavə edib.

 

Finlandiya mediasının verdiyi məlumata görə, Marin və iş adamı, keçmiş peşəkar futbolçu Rəykkönen 2020-ci ildə evləniblər. Bu açıqlama Marin aprel ayında Finlandiyada keçirilən parlament seçkilərində Milli Koalisiya Partiyasının gərgin mübarizədə qalib gəldiyini iddia edib uduzduqdan sonra edilib. O, yeni koalisiya hökuməti qurulana qədər müvəqqəti olaraq baş nazir vəzifəsini icra edir.

 

Gülay

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər