Sara Cessika Parker
Aktrisa Sara Cessika Parker bildirib ki, bu ilki Buker Mükafatının münsifləri ilə birlikdə hansı romanların qısa siyahıya düşəcəyinə qərar vermək onlar üçün “həqiqi əzab” olub, lakin bu prosesdə iştirak etmək “bir şərəf” sayılıb.
The City ulduzu olan Parker beş nəfərlik münsiflər heyətinin üzvlərindəndir. Onlar 13 əsərlik uzun siyahını 6 kitaba endiriblər və bu kitablar nüfuzlu ədəbi mükafat uğrunda mübarizə aparıb.
Qısa siyahıya Hindistan əsilli yazar Kiran Desai da daxildir. O, 19 il əvvəl Buker Mükafatını qazanıb. Həmçinin, keçmiş namizədlər Endryu Miller və David Szalay da yenidən siyahıya düşüblər.
Banuçiçək Məmmədova
BBC NEWS
