00:00:00
Yazar
Admin User
05.03.2015 07:49 861 1 dəq oxuma
İqtisadiyyat

Əsassız qiymət artımının qarşısı alınıb

Qiymətlərlə manipulyasiya edilməsinin qarşısı alınıb.
Əsassız qiymət artımının qarşısı alınıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı "Lactalis Caspi" MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar "Lactalis Caspi" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər