Saxta dilənçilər
Türkiyənin Sakarya şəhərində bələdiyyə zabitlərinin aparılan nəzarət tədbirləri zamanı dilənçiliklə məşğul olan bir qadın saxlanılıb. Yoxlama zamanı qadının üzərindən 35 min lirə məbləğində nağd pul və təxminən 320 min lirə dəyərində müxtəlif qızıl zinət əşyaları aşkar edilib.
Bu hadisə "Bütün dilənçilər saxtakardırmı?" fikrini gündəmə gətirib.
Mövzu ilə bağlı əhalinin fikirlərini öyrəndik.
Aysel Tarışovanın fikrincə, bu hadisə göstərir ki, küçədə gördüyümüz hər kəs həqiqətən ehtiyac içində olmur:
" Bəzi hallarda dilənçilik artıq bir qazanc yoluna, yəni “biznes”ə çevrilir. Belə hadisələr insanları daha diqqətli olmağa çağırmalıdır. Yardım etmək istəyənlər isə pullarının düzgün yerə çatması üçün təsadüfi şəkildə pul verməkdənsə, daha etibarlı qurumlarına üz tutmalıdırlar".
Həmçinin Zəhra Əlizadə də bu fikirləri səsləndirdi:
"Belə hallarda aydın olur ki, dilənçilik hər zaman ehtiyacdan doğmur. Üzərindən bu qədər böyük məbləğdə pul tapılması, bunun ya planlı və peşəkar şəkildə edildiyini, ya da arxasında mütəşəkkil bir qrupun dayandığını göstərir".
Aydan Əsgərxanlı
