Saxta xəbər paylaşmaq hüquqi məsuliyyət yaradırmı?
Saxta xəbərlərin yayılması müasir dövrdə cəmiyyətə ciddi təsir göstərən problemlərdən biridir. Sosial media platformalarının geniş yayılması ilə yanlış və ya qəsdən təhrif olunmuş məlumatların sürətlə paylaşılması daha da asanlaşıb. Bu isə ictimai rəyə, insanların davranışına təsir edə bilir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, saxta xəbər əgər kiməsə ziyan vurubsa, o bunu məhkəmə qaydasında mübahisələndirə bilər:
"Konkret ziyan vurubsa, gedib onu məhkəməyə verib məsuliyyətə cəlb etdirilə bilər. Amma gərək ziyanı da o sübut etsin ki, bu saxta xəbərlə bu mənə ziyan vurdu".
Günel Əlili