00:00:00
Yazar
Admin User
04.03.2015 11:11 697 1 dəq oxuma
Dünya

Şaxtada baş verən partlayış 30 nəfərin həyatına son qoyub

Donetsk vilayətindəki Zasyadko şaxtasında baş verən partlayış ən azı 30 adamın ölümü ilə nəticələnib, yerli hakimiyyət bildirir.
Şaxtada baş verən partlayış 30 nəfərin həyatına son qoyub

Donetsk vilayətindəki Zasyadko şaxtasında baş verən partlayış ən azı 30 adamın ölümü ilə nəticələnib, yerli hakimiyyət bildirir.

Metan qazının partladığı sahəyə xilasedicilərin göndərildiyi bildirilir. Yerli sakinlərin verdiyi məlumata əsasən, yerin altında daha 73 mədənçi qala bilər.

Mixail Volınets partlayış vaxtı yerin altında 207 işçinin olduğunu bildirib. Ukrayna parlamentinin spikeri Vladimir Qroysman mədən partlayışı nəticəsində 32 adamın öldüyünü deyib.

2007-ci il noyabrın 18-də Zasyadko şaxtasında Donbas tarixində baş verən ən böyük qəza 101 şaxtaçının ölümü ilə nəticələnib.

1999-cı ildən bəri bu şaxtadakı qəzalarda 230-dən artıq adam ölüb.

BBC





#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər