00:00:00
Yazar
Ayan Sadi
17.09.2026 23:46 93 1 dəq oxuma
Dünya

Seçkini uduzan İsveç Baş naziri Kristersson istefa verib

Seçkini uduzan İsveç Baş naziri Kristersson istefa verib

İsveçin Baş naziri Ulf Kristersson parlament seçkilərində mərkəz-sol blokun 176 mandatla çoxluğu əldə etməsindən sonra istefa verdiyini açıqlayıb.

 

İsveçdə bazar günü keçirilən parlament seçkilərində mərkəz-sol müxalifət 176 mandat qazanaraq çoxluğu əldə edib. Hakim sağ blok isə 173 mandat əldə edib.

 

Sağ blokun lideri, Baş nazir Ulf Kristersson seçkidən sonra yeni hökumətin formalaşdırılması prosesinin başlaması üçün vəzifəsindən istefa vermək qərarına gəlib.

 

Kristersson yazılı açıqlamasında bildirib ki, baş nazirin parlamentin etimadını qazanması və yeni hökumətin dövlət büdcəsinə dəstək alması üçün parlamentdə təmsil olunan partiyaların konstruktiv və açıq mövqe nümayiş etdirməsi lazımdır.

 

O qeyd edib ki, yaranmış siyasi dalandan çıxmaq, sabit və fəaliyyət qabiliyyətli hökumətin formalaşdırılması üçün bütün partiyalarla danışıqlar aparılmalıdır.

 

“İndi yeni hökumətin formalaşdırılması istiqamətində növbəti addımlara parlament sədri rəhbərlik edəcək. Bu prosesin dərhal başlaması üçün baş nazir vəzifəsindən azad olunmağımı xahiş edirəm”, – deyə Kristersson bildirib.

 

Mənbə: HABER GLOBAL

#uduzan #baş #gündəm #xəbər #verib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər