Senat hökumət bağlanmasına son qoyub
ABŞ hökumətinin bağlanmasına son qoymağa yönəlmiş razılaşma Senatda qəbul edilib və bu, rekord səviyyədə uzanan çıxılmaz vəziyyətin aradan qaldırılması üçün yol açır.
Vaşinqtonda həftə sonu aparılan danışıqlardan sonra bir qrup Demokrat senator Respublikaçılara qoşularaq razılaşmanın lehinə səs verib.
Səsvermə, hökumətə maliyyə ayrılması üçün kompromis layihəsinin qəbuluna aparan prosedur xarakterli ilk addımdır. Hökumət oktyabrın 1-dən etibarən maliyyəsiz qalıb.
BBC
Səadət Əlizadə