00:00:00
Yazar
Elmira Ağayeva
29.05.2026 14:37 90 1 dəq oxuma
Siyasət

SEPAH: İran ordusu ABŞ və İsrailin mümkün hücumuna tam hazırdır

SEPAH: İran ordusu ABŞ və İsrailin mümkün hücumuna tam hazırdır

 

SEPAH-ın Tehran üzrə briqada generalı Sərdar Həsənzadə bildirib ki, İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır. Onun sözlərinə görə, son müharibədən sonra bölmələrarası koordinasiya gücləndirilib, yeni təlimlər keçirilib və mürəkkəb şəraitdə cavabvermə qabiliyyəti xeyli artırılıb. Bəyanat CENTCOM-un İranı atəşkəsi pozmaqda ittiham etməsindən sonra səslənib.


Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, İran ordusunun ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazır olması ilə bağlı səsləndirilən fikirlər daha çox təbliğat xarakteri daşıyır və real vəziyyəti tam əks etdirmir.


“SEPAH-ın Tehran üzrə briqada generalı Sərdar Həsənzadədən biri soruşmalıdır ki, belə imkanları varsa ötən ilki 12 günlük müharibədə və bu ilki 38 günlük müharibə bu imkanlarından niyə istifadə etməyiblər? İran rəsmilərinin məlumatına görə, 38 günlük müharibədə İrana 270 milyard dollarlıq zərər dəyib. İranın ali rəhbəri başda olmaqla onlarıa dövlət adamı öldürülüb. Bütün bunlar təbliğat xarakterli açıqlamalardır. Buna ABŞ və İsrailin strateji planlamasına təsir edə bilməz. İran-ABŞ arasında diplomatik danışqılar Pakistan vasitəsilə davam edir. Yekun lazışma olmadan bölgədə, o cümlədən Hörmüz boğazında risklər qalmaqda davam edəcək”.

Mələk Hüseynova

#İran #ABŞ #İsrail #SEPAH
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər