00:00:00
Yazar
Güllər Gülhüseynova
22.04.2026 09:46 10 1 dəq oxuma
Dünya

SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib

SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı növbəti insident barədə xəbər yayıb.

 

"İnformator.az" xəbər verir ki, Omandan 15 dəniz mili (28 km) şimal-şərqdə olan konteyner gəmisində baş verən insident barədə məlumat daxil olub.

 

Qurumun məlumatına əsasən, gəminin kapitanı bildirib ki, gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kateri yaxınlaşıb, bundan sonra gəmiyə atəş açılıb ki, bu da kapitan körpüsünün ciddi zədələnməsinə səbəb olub.

 

Bununla belə, yanğın və ya ətraf mühitə zərər qeydə alınmayıb, bütün heyət təhlükəsizlikdədir, - deyə UKMTO əlavə edib.

#azərbaycan #sahillərində #edib #hücum #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər