00:00:00
Yazar
Admin User
26.06.2025 09:44 133 1 dəq oxuma
Dünya

Serbiyada dövlət çevrilişinin qarşısı alınıb

Serbiyada dövlət çevrilişinin qarşısı alınıb

Belqrad Ali Prokurorluğunun tapşırığı əsasında Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin dəstəyi ilə konstitusiya quruluşunun zorla devrilməsini planlaşdıran 6 şübhəli şəxsi saxlayıblar.

"İnformator.az" xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər iyunun 21-də Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər.

Onlar odlu silahdan istifadə etməklə dövlət orqanlarının nümayəndələrinə basqın etmək, polis əməkdaşlarını tərk-silah etməyə cəhd etmək, hökumət binalarına, digər dövlət qurumlarına, o cümlədən Serbiya Radio və Televiziyasının (RTS), Happy TV kanalının və "İnformer" portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Aparılan axtarışlar zamanı müxtəlif növ odlu silahlar müsadirə edilib. Onlar barəsində silah və partlayıcı maddələrin qanunsuz saxlanması və daşınması ilə bağlı da cinayət işi açılıb.

Saxlanılanlar barəsində 48 saata qədər həbs qətimkan tədbiri seçilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər