Serbiyada daha bir silahlı hücum: 8 ölü, 13 yaralı
Serbiyada yeni silahlı hücum baş verib. Hücum nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada Mladenvacda avtomat silahı olan təcavüzkarın hərəkətdə olan avtomobildən atəş açması nəticəsində 8 nəfərin öldüyü, 13 nəfərin yaralandığı qeyd edilib.
Qeyd edək ki, ötən gün ibtidai məktəbdə baş verən hadisədə 9 nəfərin həyatını itirib.
