00:00:00
Yazar
Zəhra Həsənova
16.02.2026 18:09 22 1 dəq oxuma
İqtisadiyyat Özəl

Serbiyaya təbii qaz ixracının həcmi artırılır - İlham Əliyev

Serbiyaya təbii qaz ixracının həcmi artırılır - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vučić ilə birgə mətbuata bəyanatında bildirib ki, Azərbaycan Serbiyaya təbii qaz ixracının həcmini artıracaq. Dövlət başçısı qeyd edib ki, enerji sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir və ixrac ediləcək qazın elektrik enerjisinə çevrilməsi nəticəsində təmiz elektrik istehsalı mümkün olacaq. 
 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az"a açıqlamasında bildirib ki, Serbiyanın Azərbaycanla münasibətləri yüksək səviyyədədir:

 

“Azərbaycan da Serbiyaya qaz ixracını artırmaq istəyir. Söhbət təkcə qazın alqı-satqısından getmir. Serbiya ilə digər sahələrdə də əməkdaşlıq mövcuddur. Hökumətlər arasında əlverişli işgüzar mühit formalaşıb. Serbiyanın qaz təchizatında Azərbaycanın rolunun artmasını Serbiya da qəbul edir. Çünki Azərbaycan dost ölkə kimi qiymətləndirilir. Serbiya Avropa ölkəsidir və enerji təhlükəsizliyi baxımından əhəmiyyətli tərəfdaşdır. Azərbaycan üçün də Serbiya ilə enerji sahəsində rol oynamaq maraqlıdır. Hazırda Serbiya Azərbaycanın qaz ixrac etdiyi 12 Avropa ölkəsindən biridir. Qaz satışında problem yoxdur, çünki qaz bazarında tələbat yüksəkdir”.

 

Xalid Kərimlinin sözlərinə görə, əsas məsələ qaz ehtiyatı deyil, infrastruktur imkanlarıdır:

 

“Azərbaycanın qazı var. Əsas problem boru xətlərinin məhdud ötürücülük qabiliyyətidir. Qaz Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunur və istənilən həcmdə ötürmə imkanı yoxdur. Mövcud çərçivədə maksimal həcmdə ixrac həyata keçirilir. Əgər Serbiyanın payı artırılırsa, deməli, digər ölkələrdən birinin payında azalma ola bilər”.

 

Fatimə Hüseynli

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər