00:00:00
Yazar
Admin User
09.04.2015 15:51 1812 2 dəq oxuma
Maraqlı

Sevgi sözlə izah edilə bilinməyən bir dərin dəryadır.

Sevgi sözlə izah edilə bilinməyən bir dərin dəryadır
Sevgi sözlə izah edilə bilinməyən bir dərin dəryadır.

 Elnur Məmmədzadə  BDU, Kitabxana və İnformasiya fakltəsi, I kurs tələbəsi

Sevgi...

Sevgi sözlə izah edilə bilinməyən bir dərin dəryadır.Bu dəryada yalnız sevgisinə xəyanət etməyən,əhdinə vəfalı olan, həyatının bütün mərhələlərində sevdiyini düşünərək yaşayan, canını həmişə qurban verən, sevdiyini özündən çox sevən və nəhayət bütün qəlbi , ruhu ilə bağlanıb, sevdiyini dünyada hər şeydən çox sevənlər sağ qalır.

Eşqə atılan ilk addım düşüncənin son pilləsidir. Eşq gəldisə düşüncə əldən gedir.Eşq insanı bütün günahlardan çəkindirir. İnsan sanki başqa bir aləmdə olur.Dediyi hər sözdə, baxdığı hər gözlərdə, etdiyi hər bir işdə sevdiyini düşünür. Sevgi müqəddəsdir. Onu xəyanət əhli bilməz. Bəzən insanlar əlində olanları itirdikdən sonra başa düşür. Necəki qocalar cavanlığın qədrini  itirdikdən sonra bilərlər, var dövlətin qədrini yoxsul olanda bilərlər, həmçinin sevginində qədrini itirdikdən sonra bilərlər. Lakin onda gec olur. Artıq nə sevgi adlı bir varlıq qalar, nədəki sevgini daim yaşadan saf qəlbli insanlar.

Müasir dövrümüzdə hər kəs sevgidən danışır, müxtəlif sevgi şeirləri yazırlar. Lakin çox az bir qismi onu başa düşərək dərk eləyir. İnsanlar sevgini kinolardakı kimi təsəvvür edir. Odurki sevgi getdikcə ucuzlaşır. Demək olarki hal-hazırda əsl məhəbbətdən əsər-əlamət qalmayıb. Çünki heç kəs həqiqi məhəbbətlə sevmir. Hər sevgidə bir təmənna vardır. Sevilən sevənə xəyanət edərək tərk edir.Bir sıra saf qəlbli insanlara eşq günəş işığı qədər lazımlıdır. Digər vəfasız insanların gözlərində isə eşqin heç bir dəyəri yoxdur. Əsl sevgini müəyyənləşdirmək üçün yalnız birini sevib ona bağlanmaqla deyil, özünü sevdiyinin yolunda necə fəda etməklə bilmək olar. Buna misal olaraq  İlham və Fərizənin məhəbbətini qeyd etmək olar. İlham və Fərizə kimi bir-birini əbədi məhəbbətlə sevən insanlar yadıma düşür. Onda başa düşürəmki sevgi ölməyib, yaşayır və nə qədərki İlham və Fərizə kimi saf qəlbli insanlar var sevgi heç zaman ölməyib həmişə yaşayacaqdır

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər