Şəhidin şanını özündə daşıyan kitab
Bu gün Bakı Dövlət Universitetində jurnalist şəhid Məhərrəm İbrahimovun adını yaşatmaq üçün yazdığı kitabın təqdimatı olub. Bu kitab şəhidimizin media sahəsində fəaliyyət göstərən həmkarımızın həyat və mübarizə yolunu əks etdirir. Tədbir də Milli Məclisin deputatı Rizvan Nəbiyev, jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Xalidoğlu, BDU-nun professoru və jurnalist Qulu Məhərrəmli, Cahangir Məmmədli iştirak edib.
Tədbir də həmkarımız Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Samir Xalidoğlu şəhidin qardaşı və eyni zaman da kitabın müəllifi olan jurnalist Əsgər Əlioğluna öz təşəkkürlərini bildirib.
Təqdimat zamanı Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək kitabın əhəmiyyətindən və bu kimi nəşrlərin informasiya mühitinə töhfəsindən danışıb. O bildirib ki, regionda illər boyu baş verən pozuntular və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi diqqət tələb edir:
“Beynəlxalq təşkilatlara təqdim olunan sübutlar, o cümlədən hərbi sursatlarla bağlı sənədlər münaqişənin reallıqlarını göstərmək baxımından mühüm rol oynayır. Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş materiallar Ermənistanın fəaliyyətinə hüquqi qiymət verilməsi üçün vacib mənbələrdən biridir”.
Kitabın müəllifi Əsgər Əlioğlu “qardaşım şəhidliyi ilə "qorxaq jurnalistika" ya son qoyub”- deyə o bildirib. Məhərrəm Vətən müharibəsi dövründə ön cəbhəyə, həmçinin qələbədən sonra işğaldan azad edilmiş ərazilərə ezam olunub. Şahidlərin və həmkarlarının sözlərinə görə, o, əsgərlərlə birlikdə təhlükəli zonalara daxil olur, hadisələri birbaşa yerində işıqlandırıb. Bu, onun vətənpərvərliyinin, cəsarətinin və peşəsinə olan yüksək məsuliyyətinin göstəricisidir. Məhərrəm fəaliyyəti ilə mətbuatın “gizli qəhrəmanı”na çevrilib. O, hərbi jurnalistikanın xüsusi hazırlıq tələb etdiyini vurğulayaraq deyirdi: “Hərbi jurnalist hər adam ola bilməz. Hərbi jurnalist dürüst, mədəni, ünsiyyətcil və sədaqətli olmalıdır.”
Dekan Vüqar Zifəroğlu bir əsas hissəni vurğulayıb ki, Məhərrəm İbrahimov 4 iyun 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonu ərazisində, Susuzluq kəndi yaxınlığında mina partlayışı baş verən zaman vəfat edib.
Kitabın ön söz müəllifi olan Qulu Məhərrəmli “Bir çoxları düşünür ki, ön söz yazmaq asandır amma heç elə deyil. Mən düşünürəm ki, kitabı yazmaq qədər önsöz yazmaq da çox çətindir, ilk sözlər- ilk təəsüratlar deməkdir. Və mən çox şadam ki, şəhidimizin həyatı, qəhrəmanlığı haqqında bəhs edilən kitabın ön söz müəllifiyəm. Qulu müəllim şəhidlərimizə rəhmət diləyərək çıxışını yekunlaşdırıb.
Son olaraq 50 kitab BDU-nun jurnalistika fakültəsinin 1-ci kurs tələbələrinə paylanıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Cavahir Əsgərbəyli
