00:00:00
Yazar
Admin User
11.12.2025 17:58 86 1 dəq oxuma
Sosial

Səhiyyə işçiləri üçün DPI ballarının yeni qaydaları

Səhiyyə işçiləri üçün DPI ballarının yeni qaydaları

Son günlər səhiyyə sahəsində davamlı peşəkar inkişaf (DPI) ballarının hesablanması ilə bağlı yeni tənzimləyici sənədlər hazırlanıb. Bu dəyişikliklər həkimlərin sertifikasiya prosesinə təsir göstərəcək və tibbi xidmətin keyfiyyətinin artırılmasına yönəlib.


Mövzu ilə bağlı Səhiyyə Nazirliyi nümayəndəsi Elvin Hacıyev “İnformator.az”a bildirib ki, yeni qaydalar həkimlərin bilik və bacarıqlarının daha geniş və ədalətli qiymətləndirilməsini təmin edəcək:

 

“Yeni sistemdə DPI ballarının hesablanmasında yalnız kurs və təlimlər deyil, həmçinin praktiki fəaliyyət, konfrans və seminar iştirakları, elmi məqalələrin dərc olunması, mentorluq fəaliyyəti və ixtisasartırma layihələrində iştirakı da nəzərə alacağıq. Bu, həkimlərin peşəkar səviyyəsini artırmaqla sertifikasiyanın keyfiyyətini yüksəldəcək və fəaliyyətinin davamlılığını təmin edəcək”.

 

Yeni sistem həkimlərin sertifikasiya müddətində topladıqları balları daha əhatəli şəkildə qiymətləndirəcək:

 

“Bu, fəaliyyətində davamlı təkmilləşməyə yönəlmiş həkimlərin sertifikatını qoruyub saxlamağa imkan verəcək. Fəaliyyətində az aktiv olan həkimlər üçün isə xəbərdarlıq mexanizmləri tətbiq olunacaq. Yeni DPI sistemi tibbi xidmətin keyfiyyətinin artırılmasına birbaşa təsir edəcək. Praktik biliklərin qiymətləndirilməsi, elmi və təlim fəaliyyətlərinin nəzərə alınması nəticəsində həkimlərin peşəkar səviyyəsi yüksələcək, xəstələrə göstərilən tibbi xidmətin səmərəliliyi və etibarlılığı artacaq. Sistem həm də həkimlər arasında bilik və bacarıqların paylaşılmasını təşviq edəcək və ölkədə səhiyyə sektorunun uzunmüddətli inkişafına töhfə verəcək”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər