Səhnənin sehrində: Teatrın cəmiyyət həyatındakı rolu
Teatr əsrlər boyu cəmiyyətin aynası olub və insan duyğularını, düşüncələrini ən incə şəkildə əks etdirən sənət formalarından biridir. Teatr yalnız əyləncə deyil, həm də insanın dünyagörüşünü genişləndirən, emosional zənginliyi artıran və sosial mövzulara diqqət çəkən bir platformadır.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf bildirib ki, teatr dünyagörüşünün formalaşmasında gedən ən mühüm vasitələrdən biridir:
“Uşaqların kukla teatrına getməsi onların teatr zövqünün formalaşmasında çox böyük rol oynayır. Teatr qədim tarixi olan sənət növüdür. Antik teatr, yunan-roma teatrı olub. Bütün bunlar insanların dünyagörüşünün artmasında, özünü ifadə etməsində çox böyük rol oynayıb. Teatr seçmə tamaşaçı qəbul etsə də, teatr özünü formalaşdırmağa kömək edir. Teatr klassik sənət növüdür. Janrlar, izimlər olub ki, bu izmlərin gətirdiyi, əsərlər olub. Məsələn, klassizm sənət növündə qəhrəmanların sayı, zaman və məkan anlayışı antik dövrdə, romantizmdə tamam başqa anlayışdır. Yəni bütün bunlarla yanaşı, teatr öz klassikasını qoruyub saxlamağa çalışır. Teatrın özü bu sahədə mühafizəkardır. Məsələn, kino yeniliklərə açıqdır, amma teatr yeniliklərə açıq bir məkan deyil. Çünki kökləri çox dərinlərə gedib çıxır. Teatr ona sadiq qalmaq istəyir. Amma bütün bunlarla yanaşı müasirlik, internet əsri, zamanı olması indiki texnologiya dövründə çox az bir vaxtda həyata keçirə bilirsən. Dekorasiyadan tutmuş, səsləndirməyə işıq vizuallığa qədər aiddir. İndiki dövrdə bəzən elə olur ki, Rusiya, İngiltərə tamaşalarına baxırıq”.
Müsahibimiz vurğulayıb ki, bəzən görürsünüz ki, səhnədə heçnə yoxdur, amma rəqəmsal texnologiyanın köməyi ilə səhnədə bir interaktiv dekorasiyalar qurmaq olur və tamaşaçı elə bilir ki, bunlar həqiqətən də canlıdır:
“Amma pərdə bağlanandan sonra o texnologiya rəqəmsallıq yerinə qayıdandan sonra səhnə bomboşdur. Konkret bizim teatrda bir neçə tamaşalarımız var ki, burada istər səs effektlərindən, istər işıq effektlərindən, istər texnoloji effektlərdən istifadə ediblər. Məsələn, Nicat Kazımovun quruluşunda “Tanrıya 14 məktub” tamaşasında ekranda LED lövhə yerləşdirilir və bəzi şeylər var ki, onlar lövhə vasitəsilə tamaşaçıya təqdim olunur.
Teatr özü bir obyekt olaraq mühafizəkardır. Özünün strukturu elədir ki, o, mühafizə eləməyə çalışır, öz klassikasını qorumağa çalışır. Amma elələri var ki, buna açıqdır. Xüsusən gənc rejissorlar, məsələn, Ayla Osmanovanın uşaq tamaşası var idi. “Düyməcik” tamaşasında yığılan musiqilərin bəziləri süni intellektlə həyata keçirilmişdi”.
Banu Məmmədova
