00:00:00
Yazar
Admin User
05.02.2026 19:03 126 2 dəq oxuma
Maraqlı

Şəhər sakinləri parklarda sakitlik və enerji tapır

Şəhər sakinləri parklarda sakitlik və enerji tapır

Bakı sakinləri günün müxtəlif saatlarında şəhərin parklarına üz tutur. İstər səhər gəzintisi, istərsə də axşam istirahəti olsun, parklar həm fiziki fəaliyyət, həm də sosial ünsiyyət üçün əhəmiyyətli məkanlardır.

 

Mövzu ilə bağlı "Informatоr.az"a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, parklarda vaxt keçirmək insanın ruhuna çox müsbət təsir göstərir:

 

"Əsasən səhər və axşam saatları, ümumiyyətlə, rahatlamaq, beynin sakitləşməsi, bədənin sağlam olması və ruhun gümrah olması üçün gün ərzində 30 dəqiqə - 1 saat gəzinti lazımdır. Təbiətdə gəzmək insanlara daha xoş təəssürat bağışlayır. Həm orada sakitçilik, təbiətin səsi, quşların səsi və oksigenin bol olması, həm də insanların ruhuna müsbət təsir göstərir. Biz psixoloqlar stressdən uzaqlaşmaq üçün neqativ insanlardan uzaq durmağı, qidalanmaya fikir verməyi və düzgün yuxu rejimi qurmağı tövsiyə edirik. Eyni zamanda gəzinti də önəmlidir. Ayaqla yürümək, təbiətdə gəzmək və parkda olmaq çox effektivdir. Əlbəttə ki, bəzi insanlar parkı yalnız söhbət və ya qeybətlər üçün istifadə edir, amma mənim nəzərdə tutduğum, stressdən azad olmaq üçün təbiətdə vaxt keçirməkdir. Özünə zaman ayırmaq, musiqi dinləmək, təbiəti dinləmək və parkda olmaq bu baxımdan çox effektiv üsuldur".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub isə bildirib ki, insanların bir araya toplaşması sosial baxımdan çox faydalıdır:

 

"Hətta sosioloqlar müxtəlif institutları ona görə vacib hesab edirlər ki, bu institutlar insanları bir araya gətirir. Məsələn, adət-ənənə, toy, yas, din, siyasi institutlar, partiyalar və təşkilatlar funksionaldır, çünki insanları bir araya toplayır. İnsanlar bir araya toplaşanda ünsiyyət yaranır və bu, onları depressiyadan və tənhalıqdan çıxarır. Bu baxımdan, insanların parklara üz tutması çox vacibdir. Bakıda parkların dayanmadan çoxalması təqdirəlayiqdir və şəhər rəhbərliyinə təşəkkür düşür".

 

Parka gedərək dinclik tapan vətəndaş Duyğu Mustafayeva bildirib:

 

"Təmiz hava, yaşıllıq və sakitlik insanı rahatladır, düşüncələri duruldur. Burada keçirdiyim vaxtdan sonra özümü daha sakit, enerjili və pozitiv hiss edirəm. Bu rahatlıq gün ərzində işimə və insanlarla münasibətimə də təsir edir, daha səbirli oluram, əhvalım yüksəlir. Qısası, parkda keçirilən sadə bir gəzinti belə gündəlik həyatın gərginliyini azaltmağa kömək edir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər