00:00:00
Yazar
Admin User
27.11.2025 18:24 120 1 dəq oxuma
Sosial

Şəhər təmizliyinə vurulan zərbə

Şəhər təmizliyinə vurulan zərbə

Şəhər mədəniyyətinin ən sadə, amma ən vacib göstəricilərindən biri zibil qutularından düzgün istifadədir. Zibil qablarının özlərinin səliqəsiz olması da problemi daha da dərinləşdirir. Bəzən qutuların qapaqları sınmış olur, qutular vaxtında təmizlənmir, ətrafına tökülən tullantılar yığılmır. Bu görüntü insanlarda “onsuz da çirklidir” psixologiyasını yaradır və nəticədə zibil atmaq mədəniyyəti tamamilə unudulur. Halbuki şəhər təmizliyi təkcə bələdiyyənin işi deyil-hər bir vətəndaşın məsuliyyətidir. Sadə bir addım kimi zibili zibil qutusuna atmaq həm ətraf mühitin qorunmasına, həm də daha səliqəli, yaşanası bir şəhərin formalaşmasına kömək edir. Mədəniyyət bu cür xırda davranışlardan başlayır.

 

“İnformator.az”a danışan vətəndaş Altay Rzayev bildirib ki, zibil qabları çoxaldılsa, yaxşı olar:

 

“Əslində, addımbaşı zibil qabları olmalıdır. Çünki bəzən əlində tullatı bütün şəhəri gəzməli olursan. Bu isə yaxşı hal deyil”.

 

“İnformator.az”a danışan vətəndaş Fidan Xəlilova bildirib ki, bunları artırmaq çətin olmamalıdır:

 

“Maraqlıdır ki, insanlar zibil qablarına niyə bu qədər kobud yanaşır. Bunlar bizim cəmiyyətin təmizliyi üçündür”.

 

“İnformator.az”a danışan digər vətəndaş Elsevər Həsənov bildirib ki, insanların da çox vaxt bu qutulardan istifadə etməməsi problemi daha da böyüdür:

 

“Küçələrdə tullantı görmək yaxşı deyil və bu, həm şəhərimizin görüntüsünü korlayır, həm də ümumi mədəniyyətimiz haqqında mənfi təsəvvür yaradır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər