00:00:00
Yazar
Güllər Gülhüseynova
06.04.2026 09:44 15 1 dəq oxuma
Dünya

Sibiqa Ukrayna və Suriya səfirliklərinin fəaliyyətinin tezliklə bərpa olunacağını deyib

Sibiqa Ukrayna və Suriya səfirliklərinin fəaliyyətinin tezliklə bərpa olunacağını deyib

Ukrayna və Suriyanın diplomatik nümayəndəlikləri müvafiq olaraq Dəməşq və Kiyevdə fəaliyyətlərini bərpa edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

 

"Biz yaxın vaxtlarda Kiyev və Dəməşqdə səfirliklərin yenidən açılması barədə razılığa gəldik. Bu, tərəfdaşlığımızın dərinləşməsi yolunda əhəmiyyətli bir addımdır", - nazir vurğulayıb.

 

O əlavə edib ki, 2025-ci ilin avqustunda diplomatik münasibətlərin bərpası haqqında Birgə Kommünikenin imzalanmasından bəri Ukrayna və Suriya arasında ikitərəfli ticarət dövriyyəsi artıq doqquz dəfə artıb.

#ukrayna #bərpa #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər