Şiddətli sel fəlakəti: Yüzlərlə ev suyun altında qaldı
Ərəb yarımadasında yerləşən Omanda sel fəlakəti davam edir.
İNFORMATOR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir ölkənin Əl-Batinə, Musandam, Buraimi və digər bölgələrində başlayan sel günü gündən ağır zərərlərə yol açır.
Belə ki, şiddətli yağışlar nəticəsində başlayan fəlakətdən sonra bir çox ev, iş yeri və avtomobil su altında qalıb.
Qeyd edək ki, ötən gün ölkənin Meteorologiya Departamenti güclü yağışların davam edəcəyi ilə bağlı xalqa xəbərdarlıq etmişdi.
Nigar Əliyeva
