00:00:00
Yazar
Güllər Gülhüseynova
23.11.2026 18:51 25 1 dəq oxuma
Dünya

Sietl hava limanının rəhbərliyi ICE əməkdaşlarının iki sərnişini saxlamasına etiraz edib

Sietl hava limanının rəhbərliyi ICE əməkdaşlarının iki sərnişini saxlamasına etiraz edib

 

ABŞ-nin immiqrasiya orqanlarının əməkdaşları Sietl-Takoma Beynəlxalq Hava Limanında təyyarəyə minməyə hazırlaşan ata və qızını saxladıqdan sonra tənqidlərə məruz qalıb.

 

Hadisə şənbə günü səhər saatlarında baş verib. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) məlumatına görə, Meksika vətəndaşı olan iki nəfər vizalarının müddətini aşdıqları üçün saxlanılıb.

 

ICE əməkdaşları saxlanılma zamanı digər sərnişinlərin hüquq-mühafizə orqanlarının əməkdaşlarına mane olduğunu və onlara hücum etdiyini iddia edib. Saxlanılan qadının isə əməkdaşların üzərinə isti qəhvə atdığı bildirilib.

 

Sietl Limanının rəhbərliyi hadisədən qəzəbləndiyini açıqlayıb. “Alaska Airlines” aviaşirkəti də saxlanılma əməliyyatı barədə əvvəlcədən lazımi məlumatlandırılmadığını bildirib.

 

Saxlanılan şəxslərin vəkili Olia Katala onların ailə mərasiminə getdiklərini, heç bir cinayət keçmişlərinin olmadığını deyib. O, hadisə zamanı ciddi qarışıqlıq və panika yaşandığını vurğulayıb.

 

Hadisənin şahidi Con Qedeke isə agentlərin özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim etmədiklərini bildirib. Onun sözlərinə görə, əməkdaşlar qəfil sərnişinlərə yaxınlaşaraq kişini yerə yıxıblar.

 

Hadisədən sonra hava limanında ICE əleyhinə etiraz aksiyası da keçirilib.

BBC NEWS
Fatimə Hüseynova

#əməkdaşlarının #etiraz #baki #saxlamasına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər