Ukrayna dronları Liviyada Rusiya hərbi gəmisini vurub
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbi gəmisinin bazar günü Liviyanın Benqazi limanında Ukrayna dronları tərəfindən batırıldığını açıqlayıb.
Məlumata görə, gəmi yanacaq və təchizat almaq üçün dəniz bazasında dayanarkən partlayış baş verib. Zelenski hücum zamanı silah daşınmasında istifadə edildiyi bildirilən ikinci Rusiya gəmisinin də vurulduğunu bildirib.
Ukrayna liderinin sözlərinə görə, əməliyyatda yeddi dəniz dronundan istifadə edilib. Nəticədə Rusiyanın “Merkury” korveti və Ka-27 döyüş helikopteri məhv edilib. Hədəf alınan ikinci gəminin isə “MV ANGARA” konteyner daşıyıcısı olduğu bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov hadisələrlə bağlı birbaşa şərh verməyib. O, Baltik dənizindəki hücumların regionda gərginliyi artırdığını bildirib.
BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) hücumlarla bağlı ciddi narahatlığını ifadə edərək müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb. Missiya Liviyanın xarici münaqişələrin döyüş meydanına çevrilməməli olduğunu vurğulayıb.
BBC NEWS
Fatimə Hüseynova