00:00:00
Yazar
Admin User
14.09.2025 07:46 159 1 dəq oxuma
İqtisadiyyat

Sığorta sektorunun aktivləri son 1 il ərzində 12% artıb

Sığorta sektorunun aktivləri son 1 il ərzində 12% artıb

Sığorta sektorunda həyata keçirilən islahatlar sektorun inkişaf və dayanıqlıq göstəriclərində də öz əksini tapıb. Belə ki, cari ilin birinci yarısına münasibətdə sektorun aktivləri son 1 il ərzində 12 faiz artmaqla 2.1 milyard manatı ötüb.

 

"İnformator.az" xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dünyası Sığorta Birliyinin I Assambleyasında çıxışında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.

 

Ə. Məmmədyarov bildirib ki, sektorun məcmu kapitalı risk kapitalını 2 dəfəyə qədər üstələyib. Sektorun gəlirlilik göstəricilərində də artımlar müşahidə edilib. Sektorun ümumi mənfəətliliyi 2025-ci ilin 1-ci yarısına 80 milyon manatı ötüb, aktivlərin gəlirlilik göstəricisi (ROA) 7 faiz, kapitalın gəlirlilik göstəricisi (ROE) isə 25 faiz olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər