00:00:00
Yazar
Admin User
24.12.2025 18:51 100 1 dəq oxuma
İqtisadiyyat

Sığorta statistikasındakı artım niyə düzgün xülasə vermir?

Sığorta statistikasındakı artım niyə düzgün xülasə vermir?

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365.4 milyon manat sığorta haqqı toplanılıb.

 

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844.8 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 21,7% çoxdur.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda sığorta bazarı təhrif olunub:


“Azərbaycanda sığorta bazarının içində kifayət qədər əhəmiyyətli bir həyat sığortası var. Əslində sığorta deyil. Depozit bir yığım funksiyası daşıyır. Onu iqtisadiyyat üçün zərərli formada həyata keçirilir. Bu haqda Mərkəzi bankın sədrinə də müraciət olunub. Strategiyada müşahidə olunur ki, sığortanın iki dəfə böyüdülməsini nəzərdə tutur. Bu zərərlidir. Normativ aktlar Vergi məcəlləsi kimi məcəllələri üstələyir. Vergidən yayınmağın sosial müdafiə təhlükə ilə yayınmağın bir mexanizmini tətbiq edir. Orada da həmin mexanizmin tərkibində insanların ora pul qoyması və pul çıxartması, daha sonra iqtisadiyyata baş verən dalğalanmalarla əlaqədardır. Alternativ investisiya alətlərinin mövcudluğu ilə də bu əlaqədərdir. Bu səbəbdən pul çıxaranda sığorta dəyişikliyi hesab edilir. Heç bir sığorta ödəniş deyil. İnsanlar pul qoyub və pul çıxardır. Burada sığorta sektoruna aiddiyəti olmalı deyil. Sığorta sektoru bütün statiskasını korlayır. Bu sektorda artıb-azalma ədədlərə baxaraq xülasəyə yürütməyə imkan vermir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər