00:00:00
Yazar
Asiman Vəliyeva
24.04.2026 20:37 29 2 dəq oxuma
Sosial

Sığortada “Bonus-Malus” sisteminin ləğvi nələri dəyişəcək?

Sığortada “Bonus-Malus” sisteminin ləğvi nələri dəyişəcək?

Sığortada tətbiq edilən “Bonus-Malus” sistemi sürücülərin qəza tarixçəsinə görə sığorta ödənişlərinin dəyişməsini nəzərdə tutur. Bu sistemin ləğvi sığorta bazarında qiymət siyasətinə və sürücülərin davranışına bir sıra dəyişikliklər gətirə bilər.


Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov "İnformator.az"a açıqlama verib. O bildirib ki, dördüncü qayda dəyişikliyi xüsusilə, lizinq əsasında avtomobil idarə edən sürücülər üçün yenilikdir:


"21 iyundan etibarən icbari sığorta sahəsində 5 mühüm qayda dəyişikliyi nəzərdə tutulur. Bu dəyişikliklərin hər biri xüsusi əhəmiyyət kəsb edir. İlk qayda dəyişikliklərinə əsasən, hadisə baş vermədiyi halda illik 5% endirim, hər qəza halında isə 30% bahalaşma tətbiq olunacaq. Yəni sürücü il ərzində qəza törətmədən avtomobili idarə edərsə, növbəti il icbari sığorta haqqına 5% endirim ediləcək. Əksinə, qəza baş verərsə, sığorta haqqına 30% əlavə məbləğ tətbiq olunacaq. İl ərzində iki dəfə qəza törədildiyi halda isə bu artım ikiqat hesablanacaq. Qeyd edək ki, icbari sığorta haqqı avtomobilin mühərrik həcminə uyğun müəyyənləşdirilir. İkinci və ən önəmli dəyişiklik etibarnamə ilə bağlıdır. Belə ki, etibarnamə əsasında avtomobili idarə edən sürücünün minimum 2000 manatlıq endirim tarixi varsa, ona “Bonus-Malus” əmsalı tətbiq ediləcək. Eyni zamanda, avtomobil satılarkən mövcud icbari sığorta müqaviləsinə mütləq qaydada xitam verilməlidir. Əks halda, avtomobili idarə edən şəxs qəza törədərsə, cərimə sanksiyaları avtomobilin əvvəlki sahibinin adına hesablanacaq. Bu səbəbdən avtomobili etibarnamə ilə satmaq tövsiyə edilmir. Ən düzgün yanaşma avtomobilin alıcının adına rəsmiləşdirilməsi və əvvəlki sahibin adına olan sığorta müqaviləsinin ləğv edilməsidir".


Ekspert vurğulayıb ki, həmçinin, avtomobil alarkən əvvəlki sahibin adına olan sığorta ilə onu idarə etmək risklidir. Çünki qəza baş verərsə, məsuliyyət sizin üzərinizə düşə bilər:

 

"Üçüncü dəyişiklik qəza zamanı məsuliyyətin kimə tətbiq olunması ilə bağlıdır. Artıq bahalaşma sığortanın kimin adına olmasından asılı olmayaraq, qəzanı törədən sürücünün adına tətbiq ediləcək. Yəni avtomobil etibarnamə ilə başqa şəxsə verildiyi halda, qəza törədilərsə, cərimə həmin sürücünün adına yazılacaq. Lakin etibarnamə mövcud olduğu üçün bu, avtomobil sahibini tam məsuliyyətdən azad etmir. Buna görə də etibarnamə verərkən diqqətli olmaq vacibdir. Dördüncü qaydaya əsasən, hüquqi şəxsin adına olan avtomobil qəza törətdikdə sığorta haqqındakı artım şirkətin deyil, qəzanı törədən sürücünün adına tətbiq olunacaq. Bu dəyişiklik xüsusilə, lizinq əsasında avtomobil idarə edən sürücülər üçün yenilikdir və onların digər sürücülərin törətdiyi qəzalara görə cərimələnməsinin qarşısını alır. Beşinci qaydaya görə isə taksi fəaliyyəti üçün lisenziyası olan avtomobillərə endirim tətbiq olunmayacaq. Yəni 5%-lik illik endirim bu kateqoriyaya aid nəqliyyat vasitələrinə şamil edilməyəcək".


Səmayə Səftərova

#“bonus-malus” #sisteminin #gündəm #ləğvi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər