Sığortaedənlərin sayı artıb
Bu ilin yanvar-avqust aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 65 min 650 vahid və ya 3,1 faiz artaraq 2 milyon 180 mindən çox təşkil edib.
Bu mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a olan açıqlamasında bu artımı aqrar sahədə sığortaların artması ilə əlaqələndirib:
“Azərbaycanda 1700000-ə yaxın muzdla çalışan var.Onların sığortası əmək müqavilələrində nəzərdə tutulub.İstər dövlətdə,istərsə də özəl sektorda çalışsın.Bundan başqa artıq kənd təsərrüfatında da fermerlərin sığortalanması üzrə xeyli işlər görülüb.Bu artımın elə əsas səbəbi aqrar sahədə sığorta qərarlarının artmasıdır.Sığortalanmış ərazilərin,fermerlərin,məhsulun və yaxud da maldarlığın,fermaların artdığını söyləmək mümkündür.Həm əmək bazarının ağarması,yəni əmək müqavilələrinin sayının artması,həm fermerlərin sığortaya daha çox cəlb olunması,ölkədə sığortalanan insanların sayın artırır.Burda əmək müqavilələrinin də təsiri var,icbari tibbi sığorta məsələsinin də təsiri var,işsizlikdən sığorta məsələsinin də təsiri var.Yəni,bütün bunlar yeniliklərdir və bu icbari sığorta növləri artdıqca sığortalanan vətəndaşların da sayı,təbii ki,artır”.
Həbibə Xankişiyeva
