00:00:00
Yazar
Nərmin Həşimova
21.10.2026 17:02 266 2 dəq oxuma
Maraqlı

Sikixor adası

Sikixor adası

Sikixor adası Cənub-Şərqi Asiyada cadugərlik, sehr və xalq təbabəti mərkəzi kimi tanınan mistik bir yerdir. Mərkəzi Visayas bölgəsində yerləşən bu ada Katolisizm ilə şaman təcrübələrini-cinçıxarma və otlarla tüstüləndirmə kimi üsulları sintez edən müalicəyə malikdir.

Burada xəstəliklərin üç əsas səbəbdən yarandığına inanılır: qəzəbli şər ruhlar, cadugərlik və təbii mərəzlər. Istənilən narahatlıq mananambala vasitəsilə müalicə olunur. Təbiblərin istedadının Tanrıdan bir töhfə olduğuna inanıldığı üçün ada sakinləri müntəzəm olaraq həkimlər əvəzinə onlara müraciət edir. Təbiblər müalicədə adada bitən 300-ə yaxın müalicəvi bitkidən hazırlanan xalq təbabəti dərmanlarından istifadə edirlər. 1565-ci ildə Sikixora gələn ilk avropalılar adanı molave ağacları üzərində uçuşan işıqbozcaya görə alovlar içində zənn edib Isla de Fuego adlandırmışdılar. Filippin 1521-ci ildə Katolikliyi qəbul etsə də, missionerlər adaya 1700-cü illərdə gəlmiş, lakin artıq kök salmış şamanlıq ənənələrini dəyişdirə bilməmişdirlər. Zamanla bu iki inanc qovuşmuş, təbiblər dini ikonaları mənimsəmiş və itkin düşənlərin müqəddəsi olan San Antonio kəndində məskunlaşmışdırlar. Adada 20 təbii tərkib hissəsindən ibarət məhəbbət iksiri geniş yayılıb; bu iksir daha çox işdə və biznesdə özünəinam yaratmaq üçün istifadə olunur. Tilsimləri və şər ruhları qovmaq üçün icra edilən to-ob ayinində isə 200-dən çox tərkib hissəsindən hazırlanan minasa adlı qara eliksir yandırılır. Onun tərkibi Böyük Oruc dövründə toplanır və ilin yalnız bir xüsusi günündə-qara şənbə günü bişirilir. Müalicə ayinlərindən biri olan ritualda təzə su, saman çöpü və sehrli daşdan istifadə edilir. Suya qabarcıqlar üfürülərkən daş bədəndəki tilsimləri sudan çıxarır və su təmizlənənə qədər proses təkrar olunur. Təbiblər müalicə üçün haqq tələb etmir, yalnız kiçik ianələr qəbul edirlər. Onların sayının azalmasının qarşısını almaq və bu ənənəni yaşatmaq üçün 2006-cı ildən bəri hər Müqəddəs Həftə zamanı Bandilaan Dağı Milli Parkında illik "Sikixor Müalicə Festivalı" keçirilir.
 

Səkinə Musayeva

#gündəm #baki #sikixor #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər