Şimali Koreya: Bundan sonra nüvə hücumu bizim üçün asanlaşacaq
Şimali Koreya ötən gün sınaqdan keçirdiyi yanacaqla çalışan qitələlərarası yeni tip raketin nüvə hücumunu asanlaşdıracağını bildirib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, bərk yanacaqla işləyən raketlər maye yanacaqla işləyən raketlərdən daha təhlükəli hesab olunur. Çünki bu raketlər çox qısa müddətdə buraxıla bilər. Onların saxlanması və daşınması da daha asandır.
Dövlət mediası bildirib, bərk yanacaqlı qitələrarası ballistik raketlər ölkənin nüvə zərbəsi qabiliyyətini "əhəmiyyətli dərəcədə artıracaq", eyni zamanda "düşmənlərə qorxu və narahatlıq gətirəcək".
Qeyd edək ki, sözügedən raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında da həyəcan siqnalı verilib. Amma sınaqlar heç bir təhlükə yaratmayıb.
Fatima Mustafayeva
