00:00:00
Yazar
Admin User
19.04.2023 12:01 289 1 dəq oxuma
Dünya

Şimali Koreya ilk casus peykin hazır olduğunu bəyan etdi

Şimali Koreya ilk casus peykin hazır olduğunu bəyan etdi

Şimali Koreya lideri Kim Jong Un ölkəsinin ilk hərbi casus peykinin kosmosa buraxılmağa hazır olduğunu açıqlayıb.

 

İnformator.az EURONEWS-a istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumatda casus peykinin orbitə buraxılma tarixinə dair məsələyə aydınlıq gətirilməyib.


Qeyd edək ki, bundan əvvəl həyata keçirilən raket sınaqları Şimali Koreyanın kosmosa peyk göndərmək qabiliyyətinə malik olduğunu ortaya qoyub.

 

Amma proses dəyərləndirən ekspertlər kosmosa göndəriləcək peyklərə yerləşdiriləcək kamera sistemlərindən casusluq məqsədilə istifadə bacarıqlarının və imkanlarının məhdud olduğu qənaətindədirlər.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər