00:00:00
Yazar
Güllər Gülhüseynova
07.05.2026 09:42 13 1 dəq oxuma
Dünya

Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib

Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib

Koreya Xalq Demokratik Respublikası "Nüvə silahının yayılmaması haqqında" müqavilə üzrə heç bir öhdəliyə bağlı deyil.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq bildirib.

 

Onun sözlərinə görə, ABŞ və bəzi digər ölkələr nüvə silahı ilə bağlı BMT-nin mənzil-qərargahında keçirilən 11-ci icmal konfransında Şimali Koreyanın nüvə arsenalı məsələsini qaldırmaqla forumun "atmosferini korlayırlar".

 

Kim Sonq vurğulayıb ki, Şimali Koreyanın nüvə silahına malik dövlət statusu "ritorik ifadələr" və ya "xarici qüvvələrin birtərəfli istəkləri" ilə dəyişdirilə bilməz.

#yeni #öhdəliyinin #bəyan #baki #nüvə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər