00:00:00
Yazar
Admin User
06.03.2015 06:42 393 1 dəq oxuma
Sosial

Sınaq imtahanlarına yazılış başlayır

Aprel ayının 5-də TQDK tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanlarına yazılış başlayır

Aprel ayının 5-də TQDK tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 11-dən etibarən aparılması nəzərdə tutulur. Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır.

Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Nəzərinizə çatdırırıq ki, TQDK tərəfindən sınaq imtahanları 05, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər