00:00:00
Yazar
Nərmin Həşimova
20.07.2026 17:04 65 2 dəq oxuma
Maraqlı

Sirri saxlamağın qəribə ağırlığı

Sirri saxlamağın qəribə ağırlığı

İnsan beyni çox qəribə bir orqandır. Alış-verişə gedərkən alacağı bir çox şeyi unutsa da, "bax, bunu sadəcə sənə söyləyirəm",-deyə başlayan söhbətin üzərindən illər keçsə də, həmin söhbəti daha dünən baş vermiş kimi xatırlayar. Sirr insan beynində durmadan dolaşar. Sanki "məni birinə söylə, sən də rahatla",-deyə insanı dürtməyə başlayar. Amma o an siz də içinizdən "olmaz, söz verdim" deyərsiniz.


İşin gülməli tərəfi isə sirri verən insanın rahatlamasıdır. Adam aylardır ki, içində daşıdığı yükü bir anda sizə həvalə edər. Evə olduqca yüngülləşmiş şəkildə gedər. Siz isə o gecə tavana baxaraq "mən bunu niyə öyrəndim ki?",-deyə düşünməyə başlayarsınız. Sirr tutan insanın davranışları da dəyişər. Xüsusilə, ortaq dost ortamlarında birisi qəfildən "səndən bir şey soruşacağam",-dediyində sirr tutan şəxsin qəfil təzyiqi yüksələr. O an içindən "inşallah düşündüyüm şeyi soruşmaz",-deyə bir fikir keçər.


Mövzu sirr tutmaq olduqda, insanlar da iki yerə ayrılır: 1) mən sirr tutaram deyənlər, 2) mən sirr tuta bilmərəm deyənlər. Əslində, ən güvənilən insanlar da elə 2-ci qrupa daxil olan insanlardır. Çünki adam bəri başdan özünü açıqlamış olur və dürüst davranır. Təhlükəli olan isə "narahat olma, sirrin bir ömür məndə qalacaq",-deyib iki saat sonra onu ətrafı ilə bölüşənlərdir. Bəlkə də bu səbəbdəndir ki, bir filmdə söylənilən "iki şəxsin bildiyi sirr deyildir" fikri illər keçsə də, hələ də aktuallığını qoruyub saxlamaqdadır. Çünki sirr kassada duran pul kimi deyil. Onu paylaşdıqca çoxalar, çoxaldıqca dəyəri azalar.


Ürfət Mirzəyev

#saxlamağın #gündəm #ağırlığı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər