00:00:00
Yazar
Admin User
11.12.2025 17:56 105 1 dəq oxuma
İqtisadiyyat

Sənaye istehsalının azalması fonunda ÜDM-in artması

Sənaye istehsalının azalması fonunda ÜDM-in artması

Son dövrlərdə sənaye istehsalında müşahidə olunan azalma fonunda Ümumi Daxili Məhsulun (ÜDM) artımı diqqət çəkir. İqtisadçılar bu paradoksal vəziyyəti ölkə iqtisadiyyatının strukturunda baş verən dəyişikliklərlə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a bildirib ki, ÜDM yalnız sənaye sahəsindən ibarət deyil. İctimai sektor, xidmətlər və kənd təsərrüfatı kimi sahələr də ÜDM-in formalaşmasında iştirak edir və onların hesabına artım müşahidə oluna bilər:

 

“Sənaye sahəsi ÜDM-in artımına ən çox töhfə verən sahələrdən biridir, buna görə də burada azalmalar daha problemlidir. Neft və qaz sektorunda hər hansı azalma ölkə iqtisadiyyatı üçün risk yaradır, çünki Azərbaycan əsas valyuta gəlirlərinin çoxunu bu sahədən əldə edir. Qeyri-neft sənayesində müşahidə olunan artım isə iqtisadiyyatın diversifikasiyasına real töhfə verə bilər. Neft və qaz uzunömürlü deyil, lakin qeyri-neft sahələri davamlıdır. Burada sahibkarlıq üçün əlverişli şərait yaratmaq vacibdir və bu, yalnız dövlət müəssisələrinin edə biləcəyi iş deyil, özəl sektorun dəstəyi də tələb olunur”.

 

İqtisadçının fikrincə, iqtisadi strukturun balanslı şəkildə dəyişməsi həm ÜDM-in davamlı artımını təmin edəcək, həm də xarici risklərə qarşı dayanıqlığı artıracaq.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər