00:00:00
Yazar
Admin User
16.01.2026 16:20 72 1 dəq oxuma
İqtisadiyyat

SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb

SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı durmadan artır:

 

"Sözsüz ki, Azərbaycan həm etibarlı tərəfdaşdır, həm də vaxtında öz öhdəliklərini yerinə yetirir. Sadəcə məsələ odur ki, Azərbaycan qazı hamıya yetərli səviyyədə deyil. Ona görə də, Azərbaycanda hansı kontraktların daha səviyyəli olduğu, hansı ölkələrlə münasibətlərin daha prioritet olduğu nəzərə alınaraq, həmin ölkələrə qaz satışına dair müqavilələr bağlanıb. Almaniya, Avstriya da mühüm ölkələr sırasındadır. Sadəcə tədarük olunacaq qazın həcmi hələ ki çox deyil. Bu ilkin addımlardır. Bu addımların hansı effekt verəcəyi və layihələrin necə işləyəcəyi də yoxlanılır. Nəticə etibarı ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edir, amma həcmlər hələ ki məhduddur. Gələcəkdə bu həcmlərin artırılmasının yollarının tapılmasına ehtiyac yaranacaq, çünki qaz istəyən ölkələr həddindən artıq çoxdur".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər