00:00:00
Yazar
Admin User
19.09.2025 19:42 156 2 dəq oxuma
İqtisadiyyat

SOCAR "Citibank"la layihələrinin maliyyələşdirilməsini müzakirə edib

SOCAR "Citibank"la layihələrinin maliyyələşdirilməsini müzakirə edib

Tərəflər enerji və maliyyə sektorlarında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, bu xüsusda SOCAR-ın həyata keçirdiyi neft-qaz və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, kapital bazarlarına çıxış imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, SOCAR-ın müxtəlif enerji layihələri var:

 

"Hazırda CitiBank Amerikanın ən böyük dörd-beş bankından biri sayılır. Digər nüfuzlu maliyyə qurumları arasında Goldman Sachs, Merrill Lynch, JP Morgan və Bank of America da var. Xəbərdə də göründüyü kimi, SOCAR-ın planları mövcuddur və bu planların reallaşdırılması üçün maliyyə dəstəyi axtarılır. Bunun üçün şirkət istiqraz buraxılışı həyata keçirməyi nəzərdə tutur. Yəni söhbət yalnız bank kreditlərindən deyil, həm də bond bazarı vasitəsilə vəsait cəlb edilməsindən gedir. Məlumatlara əsasən, SOCAR-ın müxtəlif enerji layihələri var: neft, qazla yanaşı, günəş, külək, hidrogen və su elektrik stansiyaları kimi bərpa olunan enerji layihələri də gündəmdədir. Bu layihələrin maliyyələşdirilməsi üçün kapital bazarlarına çıxış imkanı SOCAR üçün mühüm əhəmiyyət daşıyır. CitiBank bu prosesdə vasitəçi və “underwriter” rolunda çıxış edəcək. Bank riskləri qiymətləndirəcək, öz müştərilərinə SOCAR-ın istiqrazlarını tövsiyə edəcək və bu istiqamətdə reputasiyasını ortaya qoyacaq. Nəticə etibarilə, belə əməkdaşlıq SOCAR-a beynəlxalq maliyyə bazarlarından vəsait cəlb etmək imkanı verə bilər. Lakin bu, əməkdaşlığın nə dərəcədə uğurlu olmasından asılı olacaq. Əgər proses müsbət nəticələnərsə, SOCAR planlaşdırdığı layihələri həyata keçirmək üçün əlavə maliyyə resursları əldə edə biləcək".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər