SOCAR-da kadr ixtisarları azaldılıb
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) son illərdə kadr ixtisarları davam edib. Rəsmi məlumatlara əsasən, şirkət son bir ildə 251 ştat vahidini ixtisar edib. Beş il ərzində bu rəqəm 3 min, son on ildə isə ümumilikdə 6 min 645 olub.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a bildirib ki, ixtisarların əsas səbəbi iş proseslərində mobilləşmə və texnologiyadan daha səmərəli istifadədir:
“Bəzi ixtisasların birləşdirilməsi və ya ixtisar edilməsində bu özünü göstərir. Texnologiyanın tətbiqi əmək məhsuldarlığını artırır, lakin bununla yanaşı, əmək bazarında şirkət işçilərinin hüquqları da nəzərə alınmalıdır. İxtisara düşən işçilərin digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda işlə təmin olunması və ya peşə təliminə cəlb edilməsi məqsədəuyğundur. Bununla bağlı təkliflər mövcuddur və tətbiqi əmək bazarının çevikliyini təmin edə bilər. İxtisarların düzgün idarə olunması həm şirkət üçün maliyyə səmərəliliyi yaradır, həm də işçilərin peşə bacarıqlarının inkişafına və alternativ iş imkanlarına yönəldilməsinə imkan verir”.
Hüseynli Fatimə
